Uncategorized

Fransada etirazçılara divan tutulur: həbs olunanların sayı 150-yə çatıb – YENİLƏNİB – VİDEO

10:07

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Fransada etirazlar zəminində həbs olunanların sayı 150-yə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanin “Twitter” hesabında yazıb.

O bildirib ki, respublikanın simvollarına qarşı qəbuledilməz zorakılıq gecəsi baş verib, bələdiyyə binalarına, məktəblərə və komissarlıqlara hücumlar olub və ya onların yandırılmasına cəhdlər edilib, hadisələr nəticəsində 150 nəfər həbs edilib.

Qeyd edək ki, daha öncə 77 nəfərin həbs olunduğu açıqlanmışdı.

Xatırladaq ki, Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yaşlı qaradərili yeniyetmənin öldürülməsindən sonra ölkədə etirazlar başlayıb.

——–
08:12

Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan yeniyetmənin öldürülməsindən sonra başlayan iğtişaşlar zamanı azı 77 nəfər saxlanılıb.


Milli.Az “report”a istinadən bildirir ki, bu barədə Paris polisinə istinadən “Le Figaro” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, iğtişaşçılar Pablo Pikasso muzeyinə, Sena çayının cənub sahilindəki Meudondakı polis bölməsinə və mağazalara soxulmağa cəhd ediblər. Val-d Uaz departamentinin Bezons bələdiyyəsində ibtidai məktəb yandırılıb.

Ölkədə iğtişaşlar iyunun 28-nə keçən gecə Nanterdə yol yoxlaması zamanı polis patrulunun sarı “Mercedes” markalı avtomobili saxlamağa cəhd etməsindən sonra başlayıb. 17 yaşlı əlcəzairəsilli sürücü asayiş keşikçilərinin tələblərinə tabe olmaqdan imtina edərək qaza basıb, bu zaman polis onu vuraraq yerindəcə öldürüb.

Xidməti silahdan istifadə edən polis əməkdaşı qəsdən adam öldürməkdə şübhəli bilinərək saxlanılıb və həbs olunub. Nanter Prokurorluğu hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina etməsi ilə bağlı araşdırmaya başlayıb. Hadisədən sonra Parisətrafı qəsəbələrdə iğtişaşlar dalğası baş verib, 24 polis əməkdaşı yaralanıb.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button