İdman

Futbol tarixinin ən bahalı müdafiəçisi o oldu

İngiltərənin “Mançester Siti” klubunun yeni transferi Yoşko Qvardiol futbol tarixinin ən bahalı müdafiəçisi olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Xorvatiya millisinin üzvü Almaniya “Leyptsiq”ini “şəhərlilər”ə dəyişib.

21 yaşlı mərkəz müdafiəçisinin keçidi Premyer Liqa təmsilçisinə 90 milyon avroya başa gəlib. Razılığa əsasən, komandalar arasında yoxlama görüşü keçiriləcək və bunun sayəsində “Leyptsiq” daha 1,5 milyon avro qazana biləcək. “Mançester Siti” yeni transferini tezliklə təqdim edəcək.

Qeyd edək ki, Yoşko Qvardiol “Leyptsiq”ə 2021-ci ildə 18 milyon avro müqabilində Xorvatiya klubu “Dinamo”dan (Zaqreb) keçib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button