İdman

Futbolçunun dodağından öpdü, istefası tələb olunur

İspaniyanın qadınlardan ibarət milli futbol komandası 2023-cü il Dünya çempionatının qalibi olub. Bu zaman Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales komandanın oyunçusu Heniver Hermosonun dodaqlarından öpüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, bu isə ölkənin baş nazirinin müavini Yolanda Diaz və digərlərinin xoşuna gəlməyib. Belə ki, Y. Diaz federasiya rəhbərinin istefasını tələb edib:

“Biz qadına təcavüz edən və ona hücum edən Rubialesin istefasını istəməyə davam edirik. Onun bəhanələri tamamilə faydasızdır”.

Baş nazirin müavini həmçinin futbolçuları dünya çempionatındakı qələbə münasibəti ilə təbrik edərək, onların “feminizm dərsi” keçdiklərini qeyd edib: “Onlar təkcə idmanda və futbolda uğur qazanmadılar həmçinin, bərabərsizlik problemlərinə diqqətə gətirdilər. Bizə göstərdilər ki, ölkəmizdə qadın və kişilərin bərabər ola bilməsi üçün hələ görüləsi çox iş var”.

İspaniyanın qadınlardan ibarət komandası ilk dəfə dünya çempionu olub. Avqustun 20-də keçirilən finalda ispanlar ingilislərə 1:0 hesabı ilə qalib gəliblər. Mükafatların təqdim edilməsi mərasimində Rubiales əvvəlcə Hermosonu öpüb, sonra isə öpüşü “dostluq və minnətdarlığın təbii jesti” adlandırıb. Rubiales də “cəfəngiyyata fikir verməməyə” çağırıb. Lakin sonradan o, səhv etdiyini etiraf edib və futbolçunu pis niyyəti olmadan emosiyalarla öpdüyünü deyib.

Rubialesin hərəkəti media və fəalların da tənqidinə səbəb olub. Hökumət sözçüsü İzabel Rodriges eləcə də Mədəniyyət və İdman naziri Mikel İketa federasiya prezidentindən rəsmi üzr istəməsini tələb ediblər.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button