Ölkə

Gələn il pensiya və maaşlar nə qədər artacaq?

Maliyyə Naziryliyi 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb. İlkin proqnozlara əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 33 milyard 765 milyon, xərcləri isə 36 milyard 355 milyon manat olacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərdə artımın nəzərdə tutulması 2024-cü ildə sosial təminatın daha da güclənəcəyindən xəbər verir:

“Gələn il birbaşa sosial müdafiə və sosial təminat xərcləri 5% artırılaraq 4 milyard 542 milyon manata çatdırılacaq. Qeyd edək ki, bu rəqəm birbaşa sosial xərclərdir. Bütövlükdə sosial istiqamətli xərclər isə 36 milyard 355 milyon manatlıq büdcə xərclərinin 45%-dən çoxunu təşkil edəcək”.

“Sosial istiqamətdə daha çox vəsaitlərin nəzərdə tutulması gələn il sosial proqramlara ayrılan vəsaitin artırılacağından xəbər verir. Növbəti yanvardan etibarən bütün növ əmək pensiyaları indeksasiya olunaraq artırılacaq. Digər sosial istiqamətlərdə də təminatın güclənəcəyi gözlənilir”, – deyə millət vəkili əlavə edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button