Siyasət
“Gəlin dünyanı aldatmayaq” – Erməni separatçıdan etiraf
“Gəlin dünyanı aldatmayaq, panika yaratmayaq və insanların acından ölməsi barədə məlumatları olduğu kimi deyək”
Milli.Az bildirir ki, bunu Qarabağdakı erməni separatçılardan biri olan Artur Osipyan deyib.
O, 1inam-a açıqlamasında bildirib ki, Qarabağdakı ermənilərin acından ölməsi barədə məlumatlar həqiqəti əks etdirmir.
“Dürüst olsaq deyə bilərik ki, bu vəziyyət bugün yaranmayıb, problemin nədə olduğunu bilirsiniz. 30 ildir ki səlahiyyətli şəxslər Qarabağı yağmalayırlar. Vəziyyət əvvəllər pis indi, sadəcə olaraq indi daha pisləşib. Amma, insanlar Qarabağda acından ölür kimi xəbərlər sadəcə olaraq şişirdilmiş məlumatlardır”, – o söyləyib.
İslam Məhərrəmov
Milli.Az