Ölkə

Gəncə Dövlət Filarmoniyasinda “Ruhun qidasi” adlI konsert proqramı baş tutub

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində   “Ruhun qidası” adlı konsert proqramı baş tutub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Konsertdə gənc kamança ifaçısı, Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyeva və gənc pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı Nərmin Rzayeva tamaşaçılar qarşısında çıxış ediblər.

Gecədə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Cəngi, Şur muğamı, Sevda İbrahimovanın “Məhəbbət işığı” pyesi, Bethovenin sonatası, Bela Bartokun “6 Rumın rəqsi”,  Tural Məmmədlinin “Tənha yolçu”, Dadaş Dadaşovun “Mədinənin sehrli kamanı” əsərləri səsləndirilib.

İnformasiya dəstəyi –  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button