Ölkə

Gəncədə bərbad vəziyyətdə istehsal müəssisəsi aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Ruhiyyə Calal qızı Quliyevaya məxsus unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində agentlik əməkdaşları tərəfindən yoxlama keçirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, sanitariya norma və qaydalarının pozulduğu məlum olub.

Belə ki, müəssisədə məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, istehsal olunan məhsulların (qənd, pryanik, marmelad və şərq şirniyyatı) etiket məlumatlarının düzgün qeyd olunmadığı və digər nöqsanlar müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button