Ölkə

Generalın azadlıq istəyi yenə rədd edildi

Doqquz ildən çoxdur, həbsdə olan Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) generalı Elçin Quliyev vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə təkrar müraciət edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkum Quliyev eyni qaydada-cəzasının əksər hissəsini çəkməsini və digər halları nəzərə alaraq, cəzadan şərti olaraq azad edilməsini xahiş edib.

Onun müraciətinə Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynli baxıb.

Amma hakim məhkumun müraciətini yenə əsaslı hesab etməyib. Generalın həbsinin davamına qərar verilib.

Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. General külli miqdarda rüşvətalma, hədə-qorxu ilə tələbetmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və digər ağır cinayətlər ittihamı ilə 10 il 6 ay azadlıqdan məhrum edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button