Mədəniyyət

“Globaltika 2023 – Qdınya dünya mədəniyyəti” festivalında Azərbaycan muğamı uğurla təbliğ edilib

20-22 iyul tarixlərində Polşanın Qdınya şəhərində keçirilən Globaltika 2023-  “Qdınya dünya mədəniyyəti” festivalında ilk dəfə olaraq Azərbaycan musiqiçiləri də iştirak edib. Milli musiqimizin xüsusilə də milli alətlərin təbliği baxımından Azərbaycan tarı və nağara alətinin ifaçıları Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artistlər Sahib Paşazadə və BMM-nin solisti Kamran Kərimov festivalda uğurla çıxış ediblər. İlk dəfə olaraq ikili heyət (instrumental ifaçılıq) şəklində festivala qatılan ifaçılar muğam sənətimizi instrumental təbliğini layiqincə təmsil ediblər. Festivalda 20-ə yaxın ölkə iştirak edib. Musiqi bayramının açılışında çıxış edən ifaçılarımız  həm də festivalın ilk konsertini veriblər. Qdınya Beynəlxalq Film Mərkəzində bir saatlıq proqramla çıxış edən Azərbaycanlı ifaçılar böyük alqışlarla qarşılanıb. Repertuar Azərbaycan muğam və təsnifləri, rəng və kompozisiyalardan ibarət olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Musiqiçilər festivala hələ ötən il Avstriyada solo konsertləri zamanı dəvət alıblar. Həmin konsertdə “Kult Evraziya” təşkilatının rəhbəri Daniela Liberwird  tərəfindən təklif və festivalın təşkilat komitəsindən gələn rəsmi dəvət əsasında Polşaya səfər ediblər. Qeyd edək ki, tar və nağara dueti şəklində Sahib Paşazadə və Kamran Kərimov bu günə kimi doqquz beynəlxalq festivalda milli alətlərimizlə təmsil olunublar. Həmçinin musiqiçilər beynəlxalq arenada 12-dən çox ölkədə  20-dən çox solo konsertlə çıxış ediblər. Bu uğurun başlanğıcı isə onların 2017-ci ildə Özbəkistanda keçirilən “Şərq təranələri” festivalında qazandıqları “Qran Pri” mükafatından sonra başlayıb. Qeyd edək ki, bugünə kimi Azərbaycan muğamı festivallarda adətən üçlük (xanəndə, tar, kaman)  şəklində təbliğ edilib. Lakin , Sahib Paşazadə və Kamran Kərimov muğam sənətimizi instrumental şəklində (tar və nağara)  təbliğ edərək muğamın əsrarəngiz gözəlliyini, instrumental versiyasını da tanıtmağa nail olublar. Üç gün ərzində davam edən festivalda Özbəkistandan olan fotoqraf Husnittin Atonun “Özbəkistan – İpək yolunun kəsişməsində” adlı sərgisində Azərbaycanla bağlı fotolar da maraqla qarşılanıb. Globaltika 2023 – “Qdınya dünya mədəniyyəti” festivalı müxtəlif adət-ənənələrin və dinlərin multikultural tədbirlərinin keçirildiyi yay festivalıdır. Məqsəd multikulturalizmi nümayiş etdirmək, ənənələri və mədəniyyətləri bir-birinə yaxınlaşdırmaqdır. İştirakçılar məmləkətlərinin  adət-ənənələrindən və köklərindən ilhamlanan, lakin bədii və sosial ünsiyyət üçün müasir mühitə “tərcümə edilmiş” nümunələr təqdim edirlər. Əsas diqqət musiqidir, lakin festivalda həmişə ədəbiyyat və ya film kimi digər sənətlərdən olan əsərlərin təqdimatı da var.  Foto və rəsm sərgiləri, yoqa, musiqi və teatr emalatxanaları da daxil olmaqla sənətin bir çox sahələri təmsil olunur.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button