Ölkə

Gömrükdə 5 kq-dan çox bəyan edilməyən zinət əşyaları aşkar edildi

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda gömrük orqanlarına bəyan edilməyən 84 ədəd üzük, 29 ədəd kulon, 134 ədəd boyunbağı-kulon, 17 ədəd təsbeh, 59 ədəd qolbaq, 62 ədəd boyunbağı, ümumilikdə 5 200 qram gümüş zinət əşyaları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button