Ölkə

Göyçayda QƏTL: Söyüş üstündə dostunu öldürdü

23:36

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Oktyabrın 22-si  saat 21 radələrində Göyçay rayonu ərazisində 1985-ci il təvəllüdlü Asif Eminovun almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1987-ci il təvəllüdlü Xəyal Mənsimovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Asif Eminovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xəyal Mənsimov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

23:13

Göyçayda törədilən qətlin təfərrüatları məlum olub. 

Milli.Az lent.az-a istinadən bildirir ki, qətlə yetirilən Asif Eminovla hadisəni törədən Xəyal Mənsimov dost olublar. Onların arasında mübahisə düşüb. Mübahisə zamanı Asif Xəyalı söyüb. Xəyal da söyüşə görə dostunu öldürüb. 

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

——–

22:18

Oktyabrın 22-də saat 21 radələrində Göyçay rayonunun Potu kəndi ərazisində 1985-ci il təvəllüdlü Eminov Asif İxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı Mənsimov Xəyal Alik oğlu könüllü olaraq polisə təslim olub.

Araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button