Ölkə

Güclü külək nə vaxta qədər davam edəcək?

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Xidmətdən Milli.Az-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 30 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.

Bölgələrdə də küləkli hava şəraiti müşahidə olunur. Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Gəncə, Şahdağda 20 m/s, Altıağac, Bərdə, Qobustanda 18 m/s, Tərtər, Şabran, Qubada 16 m/s-dək külək əsir.

Ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti bu gün axşam saatlarından tədricən zəifləyəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button