Ölkə
Gülben imicini dəyişib belə oldu
Türkiyəli müğəni Gülben Ergen maraqlı açıqlama verib.
Milli.Az bildirir ki, lent.az-ın xəbərinə görə, o yeni klipi üçün saçlarına Afrika hörgüsü etdirib.
“Başıma oyun açdılar. Bu klip üçün 13 saat gözəllik salonunda qaldım, qısa saçlar mənim üçün çox rahat idi. Sadəcə bu mahnı üçün stilimi dəyişmək lazım gəldi. İndi ən böyük dərdim odur ki, bu hörgüləri başımdan necə açacaqlar. Mahnı Süzen Aksunundur. Ondan bu melodiyanı ala bilmək üçün 3 il sürünmüşəm, yalvarmışam” deyə müğənni bildirib.
Söhbət Gülben Ergenin “Nanik” adlı mahnısından gedir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun