Ölkə

Gündüzlər piyadalara, Gecələr isə maşınlara xidmət edən maneələr

Paytaxt ərazisində bir çox mərkəzi küçələrdə, səkilərin kənarlarına sakinlər tərəfindən müxtəlif maneələr quraşdırılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sakinlər tərəfindən atılmış addım piyadaların təhlükəsizliyinə xidmət etsə də, bəzi ərazilərdə bu maneələr sürücülər tərəfindən parklanma yeri bron etmək üçün istifadə olunur.

Elməddin Muradlı bildirib ki, əgər avtomobillərin park edildiyi ərazi səki deyilsə və dayanma-durmanı qadağan edən nişan yoxdursa, bu zaman həmin sürücülər qayda pozmuş hesab olunmur.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, nəqliyyatın hərəkətinə məhdudiyyət yaradırsa, bununla bağlı qanunavericiliyə uyğun olaraq maneəni quraşdıran şəxsə cərimə tətbiq edilir. Əgər maneələr səkinin mühafizə olunması üçündürsə, heç bir cərimə nəzərdə tutulmayıb.

”Yaxşı olardı ki, şəhərin görkəminə xələl gəlməsin deyə, müvafiq maneələr aidiyyəti qurum tərəfindən quraşdırılsın”-deyə əlavə edilib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə, əgər maneələr binaların girişində quraşdırılırsa, onlar sökülür. Yol kənarındakı maneələr müvafiq icra qurumuna şikayət daxil olduğu təqdirdə yığışdırıla bilər.”

AYNA da məsələyə aydınlıq gətirərək bildirib ki, səki və digər ərazilərə tumbaların qoyulması üçün sakinlər quruma müraciət etməlidirlər. daha sonra əraziyə baxış keçirilir və zərurət olduğu halda məsələyə baxılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button