Ölkə

Günləri sayıram, bunun üçün mücadilə edirəm

Müğənni Elnur Məmmədov ən böyük arzusundan danışıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, “Xəzər axşamı” verilişində qonaq olan sənətçi bu diləyinin valideynləri ilə bağlı olduğunu bildirib:

“Hazırda ən böyük arzum odur ki, Allah valideynlərimi başımdan əskik etməsin. Allah bizi əzizlərimizlə sınamasın. Onsuz da gəlimli-gedimli dünyadır. Hamımız gəlmişik getmək üçün. Həmişə deyirəm ki, Allahım, möhlət ver, ən azından doyunca görək”.

Elnur hazırda övladlarının gələcəyi üçün günləri saydığını bildirib:

“O qədər olub ki, günləri saymışam. İndi də günləri sayıram ki, övladlarımın bağçaya, məktəbə, ali məktəbə getməsini görüm. Və ən əsas əməli saleh olmasını görüm. Bunun üçün də mücadilə edirəm”.

Qeyd edək ki, Elnurun iki oğlu var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button