Həkim olacağını deyən “Türkiyə gözəli”ndən yeni qərar
“2024-cü il “Miss Turkey” gözəllik yarışmasında “Türkiyə gözəli” seçilən İdil Bilgen Bingöl vilayətinə ixtisası üzrə təyinat alıb, lakin hələ vəzifəsinə başlamayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Türkiyənin Koç Universitetinin Tibb fakültəsindən yeni məzun olan İdil Bilgen Səhiyyə Nazirliyinin 118-ci dövr “Dövlət xidməti öhdəliyi” qərarına əsasən, Bingölün 2 min 304 nəfər əhalisi olan Yayladere rayonundakı İctimai Sağlamlıq Mərkəzinə təyinat alıb.
Məlumata görə, sentyabrın 9-da bölgəyə təyin edilən “Türkiyə gözəli” 15 gün ərzində regional səhiyyə idarəsinə müraciət edərək işə başlamalı idi, lakin müraciət müddəti keçib. Onun bu müddət ərzində heç bir müraciət etmədiyi bildirilib.
İdil Bilgen vəzifəsinə başlaması üçün 2 ay ərzində regional səhiyyə idarəsinə izahat ərizəsi təqdim edə bilər. Əgər göstərilən müddətdə izahat ərizəsi təqdim etməsə belə, o, hər altı aydan bir keçirilən növbəti “Dövlət qulluğu öhdəliyi” çəkiminə müraciət edə bilər.
Xatırladaq ki, daha əvvəl İdil Bilgen karyerasına və həyatına onkoloq kimi davam edəcəyini, bu sahədə ixtisaslaşacağını bildirmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun