Ölkə

“Hərəsi bir tərəfdən oppanıb məni…”

“Biz təəccüb etmək, sevindirmək üçün, kiminsə gözündə o yaşı oğurlamaq üçün ki, gözdən yaş gəlməsin, kiminsə dodağına gülüş qondurma üçün bu həyata gəlmişik. Bir məşhur deyim var – “Ruh yüksəkliyini itirmiş xalq məğlubiyyətini, ilk addımını atıb”. Ruh yüksəkliyi mütləq olmalıdır bütün xalqda xüsusi ilə də döyüşən insanlarda”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET


Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Günə bax” verilişində deyib.

Sənətçi bildirib ki, Birinci Qarabağ savaşı zamanı əsgərlər qarşısında çıxış edərkən mənfur düşmənlər ona atəş açıblar:

“Birinci Qarabağ müharibəsi zamanı dəfələrlə əsgərlərimiz qarşısında çıxış etmişəm. Tərtərdə, Quzanlıda… Bizə atəş də açıblar. Əsgərlərimiz Hollivud “boyeviki” (döyüşcü – red.) idi mənim üçün. Dörd nəfər haradan gəldi heç bilmədim. Hərəsi bir tərəfdən oppanıb məni altlarında gizlətdilər ki, birdən güllə dəyməsin və düşmən sonradan kam almasın. Bizim işimiz ruh yüksəkliyi gətirmək, kiminsə qəmini unutdurmaqdır. İndi isə millət olaraq qəmimiz qalmayıb. Bizim işlərimiz var, onları da görmək lazımdır. Ən vacibi də budur”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button