Ölkə

Həmin günün səhəri zəng etdim ki, nəfəs ala bilmirəm

“12 il əvvəl ağır xəstəliklər keçirtdim. Azərbaycan qadınlarına məsləhət verirəm ki, 40 yaşından sonra özlərinə fikir versinlər. Çünki qadınlarda sümük əriməsi gedir. 12 il bundan əvvəl bir fəqərəm qırıldı. Xəbərim yox idi, müayinəyə girəndən sonra bildim. Müalicəsi, iynələri çox bahalıdır. Şikayət etmirəm, Allah oğlumun canını sağ eləsin. İmkan daxilində edirik”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva “Elgizlə izlə” verilişində deyib. Ötən ay beş fəqərə sümüyündə çat aşkarlanan sənətçi səhhətindən danışıb:

“Bu yaxınlarda da birdən cavanlığım yadıma düşdü. Əllərimlə yer sildim, təmizlik işləri gördüm. Sən demə, bu yaşdan sonra gərək özünü qoruyasan. Əyilmək olmazmış. Həmin günün səhəri zəng etdim ki, nəfəs ala bilmirəm, yeriyə bilmirəm. Müayinədən sonra məlum oldu ki, 5 fəqərə sümüyümdə çat əmələ gəlib. Dedilər ki, əyilmək olmaz. Analizlərim təmiz çıxdı, onkoloji heç bir şey yoxdur. Amma yeriməkdə əziyyət çəkdim. Hazırda da müalicə olunuram”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button