Ölkə

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb – VİDEO

2023-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də düzgün istifadə qaydaları öyrədilib.

Həmçinin hərbi vəzifəlilərin mənəvi-psixoloji vəziyyətləri yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

Təlim toplanışı başa çatdıqdan sonra hərbi vəzifəlilər aidiyyəti dövlət qurumunun nümayəndələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button