Ölkə

Həyət evlərinə mərkəzi istilik çəkilə bilər?

Hazırda respublikamızda mənzillər və fərdi evlər müxtəlif mənbələrdən isidilir. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, paytaxt Bakıda və digər iri şəhərlərdə çoxmənzilli yaşayış binalarının bir hissəsi mərkəzləşdirilmiş qaydada istilik alır. Lakin bu fərdi evlərdə mümkün olmur.

Sakinlər fərdi yaşayış evlərində mərkəzi istilik sistemi olmadığından daha çox kombi və sobadan istifadə edirlər. Bu da həm büdcə həm də təhlükəsizlik baxımından faydalı deyil.

Bəs fərdi evlərdə də binalarda olduğu kimi mərkəzləşdirilmiş istilik sistemindən yararlanmaq mümkündürmü?

Bu barədə “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Milli.Az-a açıqlamasında bildirib ki, hazırda mərkəzləşdirilmiş istilik sistemindən istifadə edən fərdi yaşayış evləri var:

“Bu o halda mümkün olur ki, qazanxanın yaxınlığında fərdi ev var və o evi isitməyə qazanxanın enerji gücü çatır. Bu zaman fərdi ev həmin qazanxananın isitlik sisteminə qoşula bilir”.

O, qeyd edib ki, gələcəkdə fərdi evlərə xüsusi mərkəzləşdirilmiş istilik sistemi verilməsi nəzərdə tutulmur:

“Demək olar ki, dünyanın heç bir yerində fərdi evlər üçün qazanxana tikilmir. Ölkəmizdə də gələcək zamanlarda belə bir layihənin olması nəzərdə tutulmur”.

Nərmin Mahmudova

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button