Xəbər verdiyimiz kimi, ötən gün Hacıqabulda yol qəzası baş verib.
Milli.Az bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı sakini, 1983-cü il təvəllüdlü Əliyeva Vəfa Fərhad qızının idarə etdiyi “Hyundai” markalı avtomobil TIR-la toqquşub və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücünün 15 yaşlı qızı hadisə yerində ölüb.
Milli.Az xəbər verir ki, videonu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev feysbuk hesabında paylaşıb.
Milli.Az görüntüləri təqdim edir:
Umarlı
Milli.Az