Siyasət

Hakan Fidanın açıqlamasında Laçın yolu ilə bağlı detal

Ötən gün Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında baş tutan görüş, eyni zamanda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olduqca vacib idi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Trend-in sualalrını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

“Hazırda Azərbaycan ermənipərəst qüvvələrin və ayrı-ayrı qrupların pressinqi ilə üzləşib və istər Qarabağla, Laçınla bağlı istərsə də, ümumilikdə Azərbaycan- Ermənistan arasında proseslərlə bağlı çox təəssüflər olsun ki, danışıqların müsbət istiqamətdə getdiyi vaxtda təxribatların şahidi oluruq. Dünənki görüş bir daha sübut etdi ki, Bakı və Ankara birgə səylərini bundan sonra da davam etdirəcəklər, Azərbaycan və Türkiyə sistemli şəkildə bu vəya digər çağırışlara qarşı birgə addımlayacaqlar. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı qeydləri, bu yolun dərhal açılmalı olduğunu bildirməsi, eyni zamanda Türkiyə XİN rəhbəri Hakan Fidanın Laçın yolu ilə bağlı Azərbaycana verdiyi dəstək bunun göstəricisi idi. Əlbəttə ki, dünənki görüş olduqca vacib idi və səfərin əsas hissəsi bağlı qapılar arxasında oldu və bundan sonra görüləcək işlər də müzakirə predmeti oldu. Düşünürəm ki, bu baxımdan avqust ayı çox qaynar keçəcək”,- deyə o bildirib.

Z.Məmmədov həmçinin bildirib ki, Qarabağın dağlıq hissəsindəki seperatçılar ya danışığa getməlidir, ya da öz fəaliyyətinlərini sonlandırmalıdır.

“Əks təqdirdə bunu Azərbaycan özü edəcək. Orada bir nəfər də olsun əli silahlı erməni olmamalıdır. Hər kəs bilməlidir ki, inetqrasiyanın tez bir zamanda baş tutması üçün mütləq şəkildə Ağdam- Xankəndi yolu istifadə edilməlidir. Beynəlxalq aləm Azərbaycanla bağlı bəyanat verməkdənsə, yaxşı olardı ki, problemin kökü ilə məşğul olsun. Problemin kökü isə ondan ibarətdir ki, Qarabağın dağlıq hissəsində seperatçılar var. Bir suverən ölkədə seperatçıların olması və onların Azərbaycan – Ermənistanın danışıqlarını, Nikol Paşinyanın imzalayacağı sənədi tanımıyacaqlarını bəyan etməsi böyük problemdir. Müxtəlif təşkilatlar Laçın yolu ilə bağlı bəyanatlar verməkdənsə, yaxşı olardı ki, seperatizmi kökündən kəssin və bölgənin sülhə necə qədəm qoyduğunu gözləri ilə görsünlər”, – deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Türkiyə xarici işlər naziri Hakan Fidan, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı qeyd etdi ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı iddialar haqlı deyil. “Laçın yolu Azərbaycan torpağıdır. Azərbaycan nəyi lazım bilsə, onu da edə bilər”, – deyə H.Fidan əlavə edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button