Ölkə

Heç kəs öz adını rəsmiləşdirə bilməz

Bir neçə gündür bəzi media resurslarında və canlı yayımda çıxışı zamanı müğənni Şəbnəm Tapdıq həmkarı Şəbnəm Tovuzlunu onun adından istifadə etdiyinə görə məhkəməyə verəcəyi ilə bağlı açıqlamalar verib. Şəbnəm Tapdıq açıqlamasında bildirib ki, o öz adını rəsmiləşdirib və heç kəs onun adından istifadə edə bilməz. Məsələ sosial şəbəkələrdə günlərdir müzakirə olunur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Manset.az məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyinin idarə heyətinin sədri Kamran İmanova zəng edib.

O, açıqlamasında heç kəsin öz adını rəsmiləşdirməsinin mümkün olmadığını bildirib:

“Şəxsi adları kim qeydiyyatdan keçirdə bilər axı? O adı harada təsdiqlədib? Şəbnəm Tapdıq 2015-ci ildə Əqli Mülkiyyət Agentliyindən özünün 2 şeirini qeydiyyatdan keçirdib. O şeirin altında yazılıb ki, şeirin müəllifi kimdir. Şeirin sonunda təxəllüs kimi “İlk Şəbnəm” qeyd olunub. Bu əsasla o qeyd etmək istəyir ki, mən öz adımı qeydiyyatdan keçirmişəm. Halbuki, o öz adını deyil, şeirlərini qeydiyyatdan keçirdib. Tapdıqova Şəbnəm yazılıb”.

“Siz özünüz fikirləşin, mənim adım Kamrandır. Mən digərlərinə Kamran adı qoymağa qadağa qoya bilərəmmi? Əlbəttə ki, yox. Bu deyilənlər lətifədir, gülməlidir”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button