Mədəniyyət

Heydər Əliyev Mərkəzində kubalı cazmenin konserti olub

Heydər Əliyev Mərkəzində Beynəlxalq Bakı Yay Caz Günləri çərçivəsində məşhur kubalı caz pianoçu Alfredo Rodrigesin konserti təşkil olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Beynəlxalq Bakı Yay Caz Günlərinin ikinci günündə də cazsevərlərə unudulmaz musiqi axşamı bəxş edilib.

Qremmi mükafatı nominantı, məşhur caz pianoçu Alfredo Rodrigezin (Kuba-ABŞ) triosu ilə Bakı konserti dünya turnesi çərçivəsində keçirilib.

Konsertdə musiqiçilərin dinamik improvizələri tamaşaçıların coşqulu alqışları ilə qarşılanıb.

Alfredo Rodriges ilk dəfə 2006-cı ildə İsveçrənin Montre şəhərində keçirilən nüfuzlu caz festivalında iştirak edib. O, burada ecazkar caz improvizasiyaları ilə yadda qalıb. Həmin vaxtdan Alfredo Rodriges yüksək potensiala malik pianoçu kimi şöhrət qazanıb. 2009-cu ildə Alfredo Rodriges ABŞ-a köçərək cazın vətənində öz sənətini nümayiş etdirib. Beləcə o, “Caz-Latın Amerika musiqisi-klassika” üçbucağında aparıcı ifaçılardan birinə çevrilir. A.Rodriges eyni zamanda Esperansa Spolding, Makkoy Tayner, Patti Ostin, Riçard Bona, Ueyn Şorter kimi məşhur musiqiçilərlə bir səhnəni bölüşüb.

Qeyd edək ki, artıq 5-ci dəfədir təşkil edilən festivalın konsertləri qapalı məkanlarla yanaşı, açıq havada da təqdim ediləcək. Əvvəlki illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı olduqca zəngindir.

Belə ki, bu gün pianoçu, aranjemançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze Heydər Əliyev Mərkəzinin parkında triosu ilə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək. Həmçinin Azərbaycan cazının banisi olan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin tələbələri də Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara gözəl caz axşamı bəxş edəcəklər.

Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq.

Park ərazisindəki konsertlərə giriş sərbəstdir.

Auditorium zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button