Siyasət

Hikmət Hacıyevdən “Forbes”də yayımlanmış qərəzli məqaləyə münasibət

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Forbes”də yayımlanmış qərəzli məqaləyə münasibət bildirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (tvitte) sosial şəbəkə hesabında qeyd edib.

“Euelina Oçab, sizin “Forbes”dəki məqaləniz reallığı təhrif edir, birtərəflidir və Ermənistanın təbliğat-dezinformasiya maşını tərəfindən istifadə edilir. Bir insan haqları vəkili olaraq siz heç vaxt Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış milyondan çox azərbaycanlının hüquqları və ağır vəziyyətinə dair məsələ qaldırmamısınız. Azərbaycan Ermənistanın 30 illik dağıdıcı işğalından əziyyət çəkib. Ermənistanın basdırdığı minalar nəticəsində Azərbaycanın mülki əhalisi mina terrorunun qurbanına çevrilir. Laçın yolu Ermənistan tərəfindən minaların qanunsuz dövriyyəsi üçün istifadə olunur. Lakin siz bütün bunlarla bağlı susmusunuz. Sizin məqaləniz Azərbaycanın Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolunun açılması təklifinin üstündən keçir. Ermənistanın himayə etdiyi marionet separatçı rejim bizim Qarabağ regionumuzun erməni sakinlərini girov saxlayır. İnsan haqları müdafiəçisi kimi nəcib bir status neytrallıq, siyasi manipulyasiyadan uzaqlıq, obyektivlik və ədalətli olmağı tələb edir. Mən təəssüf edirəm ki, sizin “Forbes”dəki məqalənizdə bu məziyyətləri görməmişəm. Həmçinin təəssüf edirəm ki, “Forbes” bu cür birtərəfli təbliğat üçün platforma təmin edir”, – deyə H.Hacıyev paylaşımında qeyd edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button