Ölkə
Hökumətin inflyasiya ilə mübarizə sahəsində əsas məqsədi AÇIQLANDI
Azərbaycan Respublikası Prezidentinin Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun iclasında bildirilib.
Qeyd edilib ki, inflyasiya və qiymət monitorinqi üzrə yaradılmış İşçi qrupun məqsədi də qiymətlərə artırıcı təsir göstərən bütün səbəbləri araşdırıb, onun aradan qaldırılması istiqamətində zəruri işləri görməkdir. Bu baxımdan inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdiriləcək.
Milli.Az