Ölkə

Hollivud ulduzunun başı dərddə – məhkəməyə verildi

Bu ilin fevralında Hollivud aktyoru Arnold Şvartsenegger tərəfindən vurulan velosipedçi məhkəməyə müraciət edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az olay-a istinadən bildriir ki, qadın qəzada sənətçinin günahkar olduğunu sübut etmək istəyir. 

Söhbət fevralın 5-də Los-Ancelesdə baş vermiş qəzadan gedir. Həmin gün “Terminator”un ulduzu yolsuzluq avtomobilinin qarşısına qəfil keçən Coan Flikinqeri vurub. 

Velosipedçi yaralanaraq xəstəxanaya aparılıb, Kaliforniyanın keçmiş qubernatoru isə öz növbəsində könüllü olaraq onun velosipedini təmir edib. Hadisə şahidləri bildiriblər ki, Şvartsenegger aşağı sürətlə hərəkət edirmiş və qadın onun zolağına çox sürətlə çıxdığı üçün əyləc basa bilməyib.

Lakin velosipedçi iddia ərizəsində toqquşmada aktyorun günahkar olduğunu göstərib. Onun sözlərinə görə, Şvartsenegger “həddindən artıq sürətlə maşın idarə edib. Qadın həmçinin qəzada ağır yaralandığını vurğulayıb. Sənətçinin özü isə hələlik baş verənlərlə bağlı açıqlama verməyib. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button