Ölkə

Hovuzda boğulan aktyorun ölümü barədə yeni faktlar

Xəbər verdiyimiz kimi, “Dostlar” serialındakı Çendler Binq obrazı ilə milyonların könlünü fəth edən aktyor Metyu Perri evinin cakuzisində ölü tapılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 54 yaşında dünyasını dəyişən Perrinin son anlarının təfərrüatları məlum olub. Məlum olub ki, köməkçisi məşhur aktyoru Los-Ancelesdəki Pasifik Paliseydsdəki evində cəmi iki saat tək qoyub və geri qayıdanda onu cakuzidə hərəkətsiz vəziyyətdə görüb. Perrinin şəxsi köməkçis bildirib ki, ona yeni telefon və eynək almağa gedib.

NTV-də və ABŞ mətbuatında yer alan xəbərlərə görə, o, şənbə günü saat 16:00-da evə qayıdan zaman köməkçisi məşhur aktyoru cakuzidə hərəkətsiz vəziyyətdə görüb və təcili yardım çağırıb. 911 ekipajına saat 16:07-də ​​ulduzun infarkt keçirdiyi barədə zəng gəlib və hadisə yerinə gələndə Perrini cakuzidə ölü tapıblar. Təcili yardıma xəbər verdikdən sonra məşhur aktyorun köməkçisi Perrinin bacılarından birinə və anası Suzanna zəng edib. Cakuzidə dünyasını dəyişən məşhur aktyor xəstəxanaya aparılmayıb.

Perrinin evində cinayət yerinin araşdırılması zamanı heç bir dərman tapılmayıb, lakin antidepresanlar, narahatlıq əleyhinə dərmanlar və xroniki ağciyər xəstəliklərində istifadə edilən dərmanlar aşkar olunub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button