Ölkə

Hüseyn Şəbnəm və Vəfanı ələ saldı

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlunun mahnı davasını ələ salıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET


Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı video yayımlayan musiqiçi bunları əlavə edib:

“Bu yaxınlarda yeni mahnım işıq üzü görəcək: “Mən olan yer cəhənnəmdir”. Bəsdirin, iki-üç günlük dünyadır. Hər ikinizə hörmətim var. Böyük əsər olsa, adam deyər cəhənnəmə. İki-üç günlük mahnıdır. Ona görə dava etməyin. İkinizi də çox istəyirəm, illərdi tanıyıram. Şəbnəmi də çoxdan tanıyıram. Vaqif Gərayzadədən, Aygün Səmədzadədən, Ələkbər Tağıyevdən, Tofiq Quliyevdən, ciddi əsər oxuyun. Nəyə lazımdır bu mahnı? Onsuz musiqimiz pis gündədir. Hansısa üçgünlük mahnıya görə belə söhbət lazımdır? O ki qaldı cənnət, cəhənnəm söhbətinə: Allah hamımıza cənnəti qismət etsin. Allah Azərbaycan musiqisini qorusun”. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button