Ölkə

İçərişəhərdə söyüş söydü, cəzalandırıldı

İçərişəhərdə bir nəfərin ictimai qaydanı pozaraq yüksək səslə söyüş söydüyü bildirilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ittihama əsasən, 52 yaşlı H.Rəhimov hər kəsin eşidəcəyi şəkildə nalayiq ifadələr işlədib, ətrafdakı insanların təpkisinə baxmayaraq səsini alçaltmayıb.

O, əməlinə görə polis əməkdaşı tərəfindən şöbəyə dəvət olunarkən tabesizlik göstərib, ictimai qaydanı pozmağa davam edib. H.Rəhimov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmə) maddəsi ilə protokol tərtib olunub.

Səbail Rayon Məhkəməsinin qərarı ilə ona 200 manat cərimə cəzası kəsilib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button