Ölkə

İçib “102”yə 11 dəfə zəng etdi, həbs olundu

Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə bir gündə 11 dəfə zəng edən şəxs həbs edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, aparılan araşdırma zamanı müəyyənləşdirilib ki, 1975-cı il tarixdə Laçın rayonunda doğulmuş D.M. hadisəni içkili halda törədib.

Belə ki, Kürdəmir şəhəri, Yeni Qəsəbə ünvanında yaşayan D.M. spirtli içki qəbul edib və saat 13 radələrindən başlayaraq 11 dəfə DİN-in “102” xidmətinə zəng vurub. Daha sonra yaşadığı ünvanda həyətə çıxaraq söyüş söyməyə başlayıb.

Məhkəmənin qərarı ilə, D.M. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5 gün müddətinə inzibati həbs edilib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button