Mədəniyyət

“İdman hamı üçündür” adlı rəsm Xətai Sənət Mərkəzində açıldı

Yeniyetmə və gənclər arasında rəssamlıq sənətinə marağın artırılması və idmanın gənclər arasında təbliği və təşviqi məqsədi ilə “İdman hamı üçündür” adlı rəsm Xətai Sənət Mərkəzində açıldı.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Nəzərinizə çatdıraq ki, tədbir Bakı Şəhər Gənclər və İdman idarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə 26 iyul – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranması günü münasibəti ilə 9-29 yaş arası yeniyetmə və gənclər arasında elan olunmuş və 150 yaxın müəllifin hər birindən bir əsər olmaqla sərgiləndi.

Tədbiri Bakı şəhər gənclər və idman idarəsi Xətai rayonu üzrə sektor müdürü Elvin Orucov açaraq iştirakçıları salamladı. Soz alan Xətai rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdürü Pənah İmanov tədbirin əhəmiyyətindən və hökümətimizin gənclərə və idmana olan qayğısından danişdı . Söz alan Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərgi haqda öz ürək sözlərini iştirakçılarla bölüşdü və sərgi iştirakçılarını təbrik etdi.

Tədbir sertifikatların verilməsi və şəkillərın çəkilməsi ilə başa çatdı.

Müxtəlif idman növləri, İdmançıların simaları, İdman alətləri,

idman geyim nümunələri sərgilənən əsərlərin əsas mövzusu idi. Bu tip tematik sərgilərin keçirilməsi yeni gəncliyin formalaşmasında müsbət rol oynayacana inanırıq.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button