“İdman ictimaiyyətini səsvermədə fəal iştiraka səsləyirəm”
“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Bu dəfə parlament seçkilər bütün ölkə ərazisində baş tutacaq. Bu, o qədər qürurlu və şərəflidir ki, sözlə ifadə etmək çətindir. Ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş qalib ölkənin ilk parlament seçkilərində iştirak edəcəyik”.
Milli.Az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Olimpiya çempionu Zemfira Meftahəddinova bildirib.
O qeyd edib ki, ölkəmizin digər əraziləri kimi Qarabağda, Şərqi Zəngəzurda da seçkinin keçirilməsi, doğma yurda qayıdan soydaşlarımızın öz rayonlarında səs verməsi dövlətimizin gücünün göstəricisidir: “Bu, çox möhtəşəm və şərəflidir. Eyni zamanda, seçiləcək şəxslərin üzərinə də böyük məsuliyyət düşür. Əminəm ki, onlar qalib ölkənin daha da güclənməsi üçün əllərindən gələni əsirgəməyəcəklər”.
Olimpiya çempionu idman ictimaiyyətini seçkilərdə fəal iştiraka səsləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun