Ölkə

İƏT nümayəndə heyətinin Ağdama səfəri başa çatıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı Ağdamda həyata keçirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Trend-in Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti tərəfindən Ağdamda Ermənistan hərbi qüvvələri tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, dini, mədəni və tarixi abidələrə baxış keçirilib, Qiyaslı və Qarağacı məzarlıqlarının, Şəhidlər xiyabanının, Cümə məscidinin yerində monitorinqi aparılıb.

Qonaqlar, həmçinin Ağdam şəhər mərkəzində yeni yaşayış məhəllələri, həyata keçirilən tikinti-quruculuq işləri baradə məlumatlandırılıblar.

Qonaqların Ağdama səfəri başa çatıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button