Ölkə
İki günlük körpənin xəstəxanada naməlum ölümü
Ağdamda doğum evində körpə ölüb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə 6 saylı doğum evində baş verib.
Belə ki, iki günlük körpə naməlum səbəbdən xəstəxanada ölüb.
Bu barədə körpənin atası 35 yaşlı Ş.İmanov polisə şikayətində bildirib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun