İki minə qədər meyit qalığı Ermənistana qaytarılıb
İtkin düşmüş şəxslərin naməlum taleyi barışıq və davamlı sülh üçün maneə ola bilər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev deyib.
Onun sözlərinə görə, humanitar elementlərin sülh danışıqlarına daxil edilməsi vacibdir:
“Azərbaycan tərəfindən azad edilmiş ərazilərdə Vətən müharibəsindən sonra qısa müddətdə 18 kütləvi məzarlıq aşkar edilib.
Azad edilmiş ərazilərdə basdırılan meyit qalıqları qeyri-insani şəraitdə basdırılıb.
Azərbaycan hökuməti itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün lazımi addımları atır. Azərbaycan mina partlayışı riski yüksək olmasına baxmayaraq, 2000-ə qədər meyit qalığını Ermənistana qaytarıb”, – deyə o qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun