Uncategorized

İki qardaşın düşdüyü dəhşətli qəzanın VİDEOsu

Dünən sübh vaxtı – saat 04 radələrində Səbail rayonunun Salyan yolu küçəsində qəzaya uğrayan “Hyundai Sonata” markalı 99 LX 111 dövlət qeydiyyat nişanlı avtomobilin görüntüləri yayılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülərdən 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu və qardaşı, 2000-ci il təvəllüdlü Turqayın düşdüyü qəzada avtomobilin həddindən artıq sürətlə hərəkət etməsi məlum olur. Belə ki, onların “Rent-a-car”dan icarəyə götürdükləri avtomobilin Bibiheybət məscidi yaxınlığında reklam lövhəsinin dirəyinə çırpılması nəticəsində “Hyundai Sonata” ortadan bölünüb və ayrı-ayrı yerlərə düşüb.

Sürücü Tural Şiriyev hadisə yerində vəfat edib, onun qardaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, faktla bağlı Səbail RPİ-də cinayət işi başlanılıb.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button