Ölkə

İlhamə Quliyevanın ruhuna hörmətsizlik edənlərin bir-bir adlarını çəkəcəyəm

Xəbər verdiyimiz kimi, oktyabrın 22-də mərhum Xalq artisti İlhamə Quliyevanın xatirə gecəsi keçiriləcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, gecənin təşkilatçısı rejissor Nail Naiboğludur. Nail bildirib ki, bir çox sənət adamı konsertdə İ.Quliyevanın mahnılarını səsləndirəcək.

Rejissor eyni zamanda bəzi sənət adamlarının söz verdikləri halda son anda tədbirə gəlməkdən imtina etdiyini açıqlayıb:

“Bəzi müğənnilər İlhamə Quliyevanın ruhuna hörmətsizlik etdilər. Bir çoxları yalandan Bakıda olmadığı üçün konsertə qatılmayacağını deyib. Onlar İlhamə xanımın mahnısı oxumaq istəməyiblər. Adlarını açıqlamıram, amma konsertdən sonra bir-bir adlarını çəkəcəyəm”.

Nail əlavə edib ki, gecədə müğənnilər Ramal İsrafilov, Nadir Qafarzadə, Xatun Əliyeva və başqaları yer alacaqlar. 

Konsert Opera Studiyada gerçəkləşəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button