Ölkə

İlin 300 günü yumurtlayan toyuqlar

Mingəçevir sakini olan İldırım Hacıyev 10 ilə yaxındır müxtəlif növ quşlar bəsləyir. Əvvəllər yerli cins toyuqlara üstünlük versə də, son illər bunun səmərəli olmadığını görərək xarici cinslər hesabına quşların sayını artırmaq qərarına gəlib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az baku.tv-yə istinadən bildirir ki, hazırda o təsərrüfatında avstroloq, brama cinsindən olan toyuqları, dörd növ bildirçin, qırqovul və digər quşlar saxlayır.

Təsərrüfat sahibi bildirir ki, yerli toyuqlar xarici cins toyuqlarla gün ərzində eyni ölçüdə yemlənsə də, sonuncuların çəkisi daha artıq olur. Avstroloq toyuq cinsinin fərəsi 4-4.5 kiloqram, xoruzu isə 5-6 kiloqramadək böyüyə bilir. Bu da yerli toyuqlardan iki dəfə artıq çəki deməkdir. Həmçinin fərələri 365 günün demək olar ki, 300 gününü yumurtlayır. Onların təzə çıxmış cücəsini üç, fərəsini 40-45, xoruzunu isə 50 manata satmaq mümkündür.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button