İlin sonuna qədər regionlarda ürək-damar cərrahiyyəsi şöbəsi yaradılacaq

İlin sonuna qədər regionlarda ürək-damar cərrahiyyəsi şöbəsi yaradılacaq

Azərbaycanda bölgələrdə ürək-damar xəstəliklərinə operativ müdaxilə üçün yeni şöbələrin yaradılmasına başlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. O bildirib ki, regionlarda ürək-damar cərrahiyyəsi şöbəsi yaradılır:

“Artıq Lənkəranda bu şöbə açılıb. İlin sonuna qədər digər bölgələrdə də açılacaq”.

Qeyd edək ki, 19-21 may tarixlərində “Gülüstan” sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi keçirilir. Ayın 19-u konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstandan olan mütəxəssislərin iştirakı ilə “Türk Dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi” adlı dəyirmi masa da təşkil olunub. Dünyanın 20-dən artıq ölkəsindən kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklər müzakirə edilir.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir