İlk dəfə səs verəcək seçicilər üçün xüsusi seçici kartları hazırlanıb
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə ilk dəfə səs verən seçicilər üçün xüsusi seçici kartları hazırlanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, ilk dəfə səs verən seçicilərdən 372-ü sentyabrın 1-də doğum gününü qeyd edəcək:
“Onlara da xüsusi doğum günü kartları veriləcək”.
MSK sədri isə qeyd edib ki, həmin kartlara MSK-nin xüsusi möhürü vurula bilər:
“Bu, doğum günü kartlarının MSK-dan verildiyini xüsusiləşdirə bilər. Gərək bunu prezident seçkilərində də edərdik”.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun