Ölkə

İlk dəfə kürəkəni ilə efirə çıxan Mələkxanım: “Onlar bir-birini sevirlər”

Xalq artisti Mələkxanım Eyubova rəssam, bloqer qızı Nəzrin Nəcəfova və gələcək müğənni kürəkəni Mərdan Kazımovla nişanlanmalarından söz açıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu “Bizimləsən” ictimai-sosial verilişində bildirib ki, cütlük bir-birini sevib, nişanlanıb və beləcə evlilik həyatlarına addım atıblar.

“Mərdan və qızım Nəzrin bir-birilərini seviblər. Hər bir ailə sevgi ilə qurulmalıdır. Sevgisiz ailə, çox getmir. Mənə sual verəndə ki, “uşaqlarınıza sərbəstlik vermisiniz, onlar kimisə sevsə, istəsə razılığını verərsiniz?” Hər zaman cavab verirdim ki, o işə qarışmaram. Çünki valideyn yalnız yol göstərə, istiqamət verib, arxasında möhkəm dayana bilər. Amma əgər iki gənc həqiqətəndə bir-birini sevərsə, heç kim onlara söz deyə bilməz”. 

Qeyd edək ki, Nəzrin Nəcəfova illər əvvəl nişanlansa da bir müddət sonra nişanı geri qaytardığını açıqlamışdı.

Nəzrin nişandan əvvəl bir müddət Azərbaycan Televiziyasında (AzTV) “Telesəhər” verilişinin aparıcılarından biri olub. O, Mərdanla nişanlanandan sonra sözügedən kanalla yollarını ayırıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button