Ölkə

İnarə Babayeva ilk dəfə Azərbaycanda ifa olunmayan əsərləri təqdim etdi – VİDEO

Milli İncəsənət Muzeyində Azərbaycanın Əməkdar artisti İnarə Babayevanın solo konserti baş tutdu.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Giriş sözü ilə çıxış edən İ.Babayeva qeyd etdi ki, proqramda yer alan ingilis bəstəkarlarının əsərləri Azərbaycanda ilk dəfə ifa olunacaq. “Musiqi dinləmə vaxtıdır” adlı konsert proqramında   Əməkdar artistlər Zülfiyyə Sadıqova (fortepiano), Əyyub Əliyev (violonçel) və Nurlan Gəncilinin (qoboy) müşayiəti ilə  bir-birindən gözəl əsərləri təqdim etdilər. Gecədə Azərbaycanın  tanınmış mədəniyyət xadimləri iştirak etdilər. Sonda İ.Babayeva layihənin gerçəkləşməsində İncəsənət muzeyinin rəhbərliyinə dərin təşəkkürünü bildirərək,  bu kimi konsert proqramlarının yeni mövsümdə də təqdim ediləcəyini qeyd etdi.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button