Ölkə

İndiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir

Qərbi Azərbaycan tariximizin unudulmaz bir parçasıdır. Qərbi Azərbaycan torpağı Azərbaycan elminə görkəmli şəxslər – ictimai xadimlər, elm, mədəniyyət, ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş edib. “Kitabi-Dədə Qorqud” dastanının coğrafi mühiti həm də Qərbi Azərbaycanla bağlıdır. Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olub, ermənilər isə xaricdən bu ərazilərə köçürülmüşdür. Məhz bunun nəticəsidir ki, tarixən, yəni 1991-ci ilə kimi ərazinin toponimlərindən 90 faizdən çoxunu türk mənşəli sözlər təşkil edirdi. XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilədək Qərbi Azərbaycan ərazisində olan türk mənşəli oykonimlər, oronimlər və hidronimlər dəyişdirilərək erməniləşdirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov söyləyib.

O qeyd edib ki, tarixdə saxtakarlıq sahəsində birinci olan ermənilər 200 ilə yaxındır Qərbi Azərbaycanda bizim tariximizi saxtalaşdırmaqla, türk mənşəli toponimləri dəyişdirib erməniləşdirməklə məşğul olur. “1903-cü ilə aid olan coğrafi xəritə erməni iddialarını alt-üst edib. Xəritəyə baxan hər kəs görür ki, indiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir”, – deyə akademik vurğulayıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button