Ölkə

İndiyədək “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçən ermənilərin sayı açıqlandı

İyunun 15-dən BQXK bu istiqamətdə 27 əməliyyat keçirib, Ermənistanın 312 sakini 208 nəfərin müşayiəti ilə (ümumilikdə 520 nəfər) Ermənistana gedib, 380 nəfər isə müalicəsi başa çatdıqdan sonra Qarabağa qayıdıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyilib.

Qeyd edilib ki, Azərbaycan sərhəddən maneəsiz keçidin təmin edilməsi üçün müvafiq dövlət qurumları, o cümlədən gömrük və sərhəd xidmətləri arasında işçi təmasların yaradılması ilə bağlı Ermənistan tərəfinə dəfələrlə müraciətlər ünvanladı. Lakin, bu müraciətlərə münasibətdə heç bir qarşılıq nümayiş olunmadı.

“Ermənistan isə Azərbaycanın öz sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etmək hüququna etirazlarına davam etdi, bu istiqamətdə Beynəlxalq Ədalət Məhkəməsi və digər instansiyalardan sui-istifadə etməyə çalışdı. Yerli erməni sakinlər tərəfindən sərhəd-buraxılış məntəqəsindən istifadənin intensivləşməsi fonunda bütün bu cəhdlərində uğursuzluğa düçar olmuş Ermənistan 15 iyun tarixində açıq hərbi təxribat törətdi. Bu təxribatla, sərhəd-buraxılış məntəqəsindən keçən sakinləri və əvvəlcədən planlaşdırılan tibbi evakuasiya əməliyyatı üçün yaxınlıqda olan BQXK əməkdaşlarını riskə atdı.

Bu təxribatdan sonra BQXK-nın avtomobillərindən qaçaqmalçılıq məqsədilə istifadəyə cəhd göstərildi. Bu fakt BQXK tərəfindən də təsdiqləndi.

Bu təxribatlara baxmayaraq, tibbi evakuasiya və digər təxirəsalınmaz məqsədlər üçün nəzarət-buraxılış məntəqəsindən keçid bu günə qədər davam edir. İyunun 15-dən BQXK bu istiqamətdə 27 əməliyyat keçirib, Ermənistanın 312 sakini 208 nəfərin müşayiəti ilə (ümumilikdə 520 nəfər) Ermənistana gedib, 380 nəfər isə müalicəsi başa çatdıqdan sonra Qarabağa qayıdıb. Bu əməliyyatlar zamanı hər iki istiqamətdə 425 BQXK nəqliyyat vasitəsinin keçidi qeydə alınıb. Qarabağa qayıdarkən onlar dərman, uşaq qidası kimi zəruri malları da özləri ilə gətirməkdədirlər. Beləliklə, iyunun 15-dən Qarabağa heç bir məhsulun ötürülməməsi iddiasının heç bir əsasının olmaması ilə yanaşı, sadəcə həqiqətə uyğun deyil”, – deyə bildirilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button