Ölkə

“İnsanlar özlərindən bir din uydurub, adını İslam qoyublar”

Azərbaycanda körpəyə Kərbəladan gətirildiyi iddia edilən torpaq yedizdirilməsiylə bağlı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri “Yeni Sabah”a danışıb. 

O, sözügedən davranışların nəinki dində, hətta heç bir sahədə izahı olmadığını vurğulayıb: 

“Videonu mən də görmüşəm. Ancaq burada müəyyən nüanslar var. Niyə məhz Kərbala torpağı? Peyğəmbərimiz məgər İmam Hüseyn doğulduğunda ona bu torpaqdan daddırıb? Yaxud İmam Həsən dünyaya gəldikdə ona Məkkədən gətirilən torpaqmı yedizdirilib? Axı torpaq yedizdirməyin nə anlamı var?” 

Elşad Miri bildirib ki, yeni doğulan uşaqlar üçün ən böyük nemət ana südüdür: 

“Uşaq doğulandan sonra ona yalnız ana südü vermək lazımdır. Bu Allah tərəfindən göndərilən ən böyük nemətdir və heç bir əvəzləyicisi yoxdur. Ana südü varkən, körpəyə torpaq, qum yedirtməyin heç bir sahədə açıqlaması yoxdur. Bu cür davranışların ümumiyyətlə əsası da yoxdur”. 

İlahiyyatçı bu və ya bənzər davranışların uydurma olduğunu qeyd edib:

“Bunlar hamısı xürafatdan və mövhumatdan irəli gələn düşüncələrdir. Belə davranışların İslam dini ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bunun kimi hərəkətlərə inanan, təkrarlayan şəxslər özlərindən fərqli bir din uydurub, formalaşdırıblar. Həmin dinin də adını İslam qoyublar. Başqalarını da bu nağıllarla aldatmağa davam edirlər”. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button