Uncategorized

İrəvandakı “Hraparak” qəzeti – Əliyev kimi lider istəyirəm

İrəvandakı “Hraparak” qəzetində “Əliyev kimi lider istəyirəm” başlıqlı məqalə dərc olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Məqaləni təqdim edirik:

Əliyev kimi lider istəyirəm

Bəli, təəccüblü olsa da, mən azərbaycanlıların yerində olmaq istəyirəm.

İstəyirəm ki, ölkəmin lideri əlini masaya qoyub “Bizimdir!” desin, sonra da “Bu da bizimdir!” desin.

İstəyirəm ki, düşmən ölkənin ən mühüm yollarından birində, amma mənə və ölkəmə heç bir əhəmiyyəti olmayan yolda blokpost qoyum, düşmən də kilometrlrlə uzunluqda dolanbac yolla keçsin.

İstəyirəm ki, danışıqlarımı Ceyhun Bayramov kimi təcrübəi adam aparsın.

İstəyirəm ki, hökumətimin mənsubları beynəlxalq məhkəmələrdə mövcud faktları gizləməsinlər, tarixi torpaqlardan danışsınlar.

İstəyirəm ki, hava dəhlizi olsa da, hökumətinin mənsubları bütün beynəlxalq meydançalarda blokadada olan vətəndaşlarımdan danışsınlar və nəzarətimizdəki dəhlizi əldən verməsinlər.

İstəyirəm ki, üç dildə sərbəst danışan dövlət menecerim olsun. Heç olmasa, sinxron tərcüməçilərin nəyə yaradıqlarını anlayan dövlət menecerim olsun.

İstəyirəm ki, lap diktator olsun, amma ölkəsini güclüü etsin, xalqı parçalamasın, millətin gerçək lideri olsun.

İstəyirəm ki, dövlətimin təhlükəsizlik təşkilatlarının əməkdaşları gözəl qız fotoları vasitəsilə düşməndən məxfi məlumatları əldə etsinlər. Mənə müharibə zamanı çoxlu PUA verəcək, generallarını yardıma göndərəcək strateji tərəfdaş gərəkdir.

İstəyirəm ki, dövlətimin başçısı danışıqlar zamanı düşməni ələ salsın, onu alçaltsın, məğlub olduğunu sürəkli xatırlatsın.

İstəyirəm ki, dövlətimin birinci xanımı badımcan şorbası bişirmək əvəzinə Şuşada ərinin yanında cəsarətlə dursun və festivalın açılışını bəyan etsin.

İstəyirəm ki, düşmənin basdırdığı hər minaya güllə yağışı ilə cavab verim və düşmənin bir kəndlisi belə, qorxusundan tarlaya çıxa bilməsin.

İstəyirəm ki, düşmən evində acından ölsün, amma yeganə yolu ekoaktivistlər bağlasınlar.

İstəyirəm ki, azərbaycanlılar kimi mamır yığım və sonra da onlar bizi məhv edən kimi onları məhv edim.

https://hraparak.am/post/b26402cc202feae4bb87806b08c599f8

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button