Ölkə

İran hərbi nümayəndə heyəti Azərbaycana gəlir

Sentyabrın 9-u Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçiriləcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İranın “Tasnim” agentliyi xəbər verir.

Agentlik daha əvvəl Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında baş tutan telefon danışığını xatırladıb.

Xatırladaq ki, bu ilin avqust ayının 22-də Müdafiə Nazirliyi general-polkovnik Zakir Həsənovun İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə regiondakı vəziyyəti müzakirə etməsinə dair məlumat yaymışdı.

Belə ki, avqustun 22-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin təşəbbüsü ilə telefon danışığı olub.

Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button