Mədəniyyət

“İrana Qasımova ilə poeziya deyişməsi” layihəsinin beşinci axşamı “Təbiət” mövzusunda keçirilib

“İrana Qasımova ilə poeziya deyişməsi” layihəsinin beşinci axşamı “Təbiət” mövzusunda keçirilmişdir. Axşamın əsas mövzusu olan “Təbiət” layihənin müəllifi İrana Qasımova tərəfindən qabaqcadan müəyyən edilmişdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Layihənin daha öncə keçirilmiş dörd axşamı “Sevgi”, “Ana Vətən”, “Fəlsəfə”, “Yumor”  mövzularına həsr olunmuşdur.

Yarışmada qalib olan və birinci yerin sahibi hörmətli jüri heyəti tərəfindən müəyyən edilmişdir. Hər zaman dörd nəfər mədəniyyət xadimlərindən ibarət jürinin bu dəfəki üzvləri bunlar idi:

Nigar Narimanbekova – rəssam, Fransada yaşayır.

Teymur Rəhimov – Azərbaycanın əməkdar artisti.

Leyli Salayeva – Azərbaycan Yazıçılar Birliyinin üzvü, Böyük Britaniya Şairlər Cəmiyyətinin üzvüdür,

Nigar Babayeva – “NAC” intellektual klubu və ünsiyyət platformasının təsisçisidir.

Müsabiqə iştirakçıları arasında şairlər də olub – Anara Axundova, Saida Sübhi, Hacı Həşimov, Maqsud Kazımov, Leyla Qurbanova, Zarema Manafova, Yekaterina Quselnikova, Lalə Həsənova, Eldar Cangirbekov.

Müsabiqənin qalibi Səidə Sübhi olub. Qalibə layihənin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, rejissor, ssenarist İranə Qasımova tərəfindən diplom və hədiyyələr, həmçinin münsiflər heyətinin üzvü, rəssam Nigar Nərimanbəyovanın xüsusi mükafatı, rəssamın fərdi qrafik işi təqdim olunub.

Bu il “İrana Qasımova ilə poeziya deyişməsi” layihəsinin bir yaşı tamam olur.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button