Uncategorized

İranda saxlanılan Fəriddən xəbər var – Anasına zəng edib nələr dedi?

İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli anası ilə telefonla danışıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Trend-ə açıqlamasında onun anası Dilarə Əsgərova məlumat verib.O bildirib ki, oğlu ilə ikinci dəfə telefonla danışıb:

O bildirib ki, oğlumun səhhəti normaldır, yemək və həkimlə təmin olunma qaydasındadır.

“Əsas əzab çəkdiyi tək adamlıq kamerada saxlanarkən olub. Ancaq indi ümumi dustaqların saxlandığı ümumi yerdədir. Ümumən günahsız olduğuna görə özünü pis hiss edir. Fərid bildirdi ki, məhkəmə prosesi yekunlaşmaq üzrədir. Yaxın günlərdə hökm oxunması gözlənilir. İrana arxasınca getdiyi qız və ailəsi Fəridin əlehinə məhkəmədə ifadə verməyib. Ancaq nə məhkəmədə, nə də istintaqda onun casusluq etməsi ilə bağlı bir dənə də olsun fakt ortaya qoyulmayıb.”

D. Əsgərova qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Təbrizdə olan Konsulluğumuz da Fəridlə əlaqədar işlər görür.


“Konsulluq nümayəndələri Fəridlə görüşüblər və bildiriblər ki, sağlamlığı yerindədir. Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşları da mənimlə daim əlaqə saxlayırlar”, – deyə o qeyd edib.

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button